"Dilmanc” tərcümə sistemi əsasında Azərbaycan dilindən digər dillərə və əksinə onlayn tərcümə sistemi istifadəyə verildi. http://www.translate.az
saytına daxil olmaqla mətnləri Azərbaycan - ingilis, ingilis -
Azərbaycan, Azərbaycan - rus, rus - Azərbaycan və türk - Azərbaycan
istiqamətləri üzrə avtomatik tərcümə etmək mümkündür. Bundan əlavə,
yaxın gələcəkdə saytda mətni kompüter vasitəsilə səsləndirmək,
veb-səhifələri olduğu kimi saxlayaraq Azərbaycan dilinə tərcümə etmək,
onlayn lüğət və s. xidmətlər istifadəyə veriləcək. Layihə çərçivəsində
Azərbaycan dilindən digər dillərə də tərcümə sistemlərinin yaradılması
planlaşdırılır. Səhifə "Dilmanc” layihəsi çərçivəsində Azərbaycan
Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi
ilə yaradılmışdır. Tərcümə istiqamətləri: * Azərbaycan - Rus * Rus - Azərbaycan
|