Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Bazar ertəsi, 06.05.2024, 14:51
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Texnologiya

Qrafen kağız poladdan daha bərk
10.06.2011, 18:37

Poladdan bərk kağız? Bəli, artıq bu fantastika deyil. Əgər o qrafendən hazırlanarsa... Belə yüksək bərklikli materialı Sidney Texnologiya Universitetində hazırlaya biliblər.Goixu Wang`ın başçılığı altında alimlərin hazırladığı bu qrafen kağızın hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir: qrafitin xırdalanması, kimyəvi təmizlənməsi, filtrasiyası. Beləliklə artıq materiallardan təmizləndikdən sonra qrafen laylar əmələ gəlir. Bu laylar bir molekul qalınlığında olur.


O ki qaldı qrafen kağızın fiziki-kimyəvi xarakteristikasına, o bərkliyinə görə poladı iki dəfər üstələyir. Bundan əlavə, poladdan fərqli olaraq, onun sıxlığı 5-6 dəfə, çəkisi isə 6 dəfə azdır. Həmçinin yeni material cırılmaya qarşı yüksək davamlılığı, əyilmə zamanı sərtliyinə görə seçilir. Bu isə yeni materialın poladı 10-13 dəfə üstələməsi deməkdir.


Qrafen kağızın yaradıcıları inanırlar ki, yaxın gələcəkdə bizim nəsillər nəinki adəti sahələrdə poladın işlənməsindən, həmçinin təyyarə və maşınqayırmada, karbon kompozitləri olan səhələrdən də çıxarılacaq. Çünki hazırlanmış bu yeni material həm ekoloji cəhətdən təmiz, həm də qiymət tərəfdən daha sərfəlidir.

Tədqiqatçılar öz işini Journal of Applied Physics jurnalında dərc ediblər deyən elmipress.com saytı


Bölmələr: Texnologiya | Müəllif: shamsi_84
Baxılıb: 593 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024