Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Çərşənbə axşamı, 07.05.2024, 00:16
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Texnologiya

Molekulyar nanorobot yaradıldı
10.06.2011, 19:35
Oksford universitetinin bir qrup tədqiqatçı alimləri DNT spiralı üzərində sərbəst hərəkət edən molekulyar konstruksiya yaratmışlar. Bu barədə "New Scientist” jurnalında məlumat verilir. Müəyyən hüceyrədaxili strukturlar üzərində hərəkət edən molekullar alimlərə çoxdan məlum idi.


Məsələn: DNT teli üzərində "gəzən” DNT – polimeraza fermenti bu molekulun surətini çıxarır. Hərəki molekullar olan dinein və kinezin hüceyrə daxilinə lazım olan "yük”ləri daşıyır.


Alimlər əmindirlər ki, onların yaratdığı nanorobot isə bir çox xüsusiyyətlərinə görə öz təbii analoqlarını geridə qoyur. Bu konstruksiyanın əsasında qısa DNT kəsiklərindən ibarət olan "ayaqcıqlar” durur. Hansı ki, bu ayaqcıqlar ardıcıllıqla DNT telinin üzərində möhkəmlənir. Bunu molekulyar maşının DNT telinin üzərində komplementarlıq prinsipi ilə addımlamasına bənzətmək olar. Belə ki, bu ayaqcıqlar növbə ilə telin üzərində möhkəmlənir. Ayaqcığın biri möhkəmləndikcə o birisi isə sərbəst qalır.
Hərəkət etmək üçün bu nanorobot enerjini ətraf mühitdən – kario və sitoplazmadan alır. Bu reaksiyalarda katalizator rolunda ayaqcıqlar çıxış edir ki, onlar da özlərinə uyğun səth tapırlar. Bu xüsusiyyət onların daimi "yanacaq daşıyıcısı” olmasını təmin edir. Bundan başqa bu molekulyar strukturlar ancaq bir istiqamətdə hərəkət edirlər. Belə ki, irəli hərəkət edən bu nanorobot geriyə hərəkət etmək lazım gələndə həmişə "öz ləpiriylə geri qayıdır”. Bu unikal xüsusiyyət onun təsadüfən hansısa lazım olmayan bir hissəciyi qoparıb daşımasını imkansız edir.

Lakin, bu mexanizmin yeganə çatışmazlığı var. Nanorobot uzaq məsafələrə(təbii ki, öz ölçüsü ilə müqayisədə) hərəkət etikdə səhvə yol verir və azır. Perspektivdə məhz bu çatışmazlığı aradan qaldırmaqla nanoyükləri nanozavodlara daha dəqiq çatdıra biləcək molekulyar maşınların yaradılması durur.



Bölmələr: Texnologiya | Müəllif: shamsi_84
Baxılıb: 582 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024