Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Çərşənbə axşamı, 07.05.2024, 03:18
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Texnologiya

Gözdaxili təzyiqi ölçmək üçün xırda sensor təqdim olunub
10.06.2011, 18:40



Gözün buynuz qişasına implantasiya olunmuş, həcmi 1 mm3 olan mikroelektromexaniki cihaz günəş enerjisi ilə qidalanır.


Qlaukoma adlandırılan göz xəstəliyi gözdaxili təzyiqin daimi və periodik artması ilə xarakterizə olunur. Bunu indi buynuza kiçik təzyiq göstərməklə müşahidə etmək olur, lakin bu qədim üsulun dəqiqliyini özünüz təxmin edərsiniz.

ABŞ-ın Miçiqan Universtetindən mühəndislər hər 15 dəqiqədən bir gözdaxili təzyiqi fiksasiya edən 1 mm3 həcmində olan mikroelektomexaniki sistemin (MEMS) prototipini yaradıblar. Gündə bir dəfə mikroçip yığılmış 1.5 kb həcmində informasiyanı naqilsiz əlaqə ilə ötürür.

İxtiraçıların üzləşdiyi ən böyük çətinlik sensoru qidalandıran nazik plenkayabənzər litium batareyaların kifayət qədər güclü olmaması idi. O cəmi 40 mikrovatt enerji hasil edirdi. Bu sadəcə MEMS-in işləməsi üçün kifayət edirdi, ama informasiyanın ötürülməsi üçün 100 dəfə çox enerji tələb olunurdu.

Problem miniatür - öz növündə ən kiçik - günəş panelinin yaradılması hesabına həll olundu. Onun doldurulması üçün ya 10 saat adi işıqlandırmada ya da 1.5 saat günəş şüasının düz altında olamsı kifayət edir.

Heyranedici vasitə 20-24 fevral tarixində San-Fransiskoda keçirilən IEEE International Solid-State Circuits Conference sərgisində nümayiş olunmuşdu. Indi mütəxəssislər əvvəlcə canlılar, bir neçə ildən sonra isə insan üzərində sınaq keçirmək niyətindədirlər.


Bölmələr: Texnologiya | Müəllif: shamsi_84
Baxılıb: 478 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024