Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Bazar ertəsi, 06.05.2024, 16:15
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Texnologiya

Biotexnologiyalar bizə nə vəd edir
10.06.2011, 19:51

Biotexnologiya təbiət və mühəndislik elmlərinin inteqrasiyası olub, müxtəlif məqsədlər üçün canlı orqanizmlərin həyat fəaliyyətlərinin öyrənilməsi, onların həyat fəaliyyəti məhsullarının istifadəsi, modifikasiyası haqqında elmdir.

Hazırda biotexnologiya tibb, qida məhsullarının istehsalı, energetika sahəsi, ətraf mühitin mühafizəsi və elmi tədqiqatlarda uğurla tətbiq olunur. Son onilliklər ərzində biologiya elminin inkişafı digər elmlərlə əlaqəli yeni istiqamətli digər elmlərin inkişafına təkan verir. Yeni kompleks istiqamət – biofiziki kimya, biokimya, molekulyar biologiya, genetika nəinki bir çox məsələləri həll etməyə, həm də bu elm qarşısında yeni bioməhsulların alınmasını da qoyur. Biotexnologiyanın intensiv inkişafa başladığı 1981 – ci ildən bəri bu elm həyatımızın bütün sahələrinə daxil olmağa başlayıb. Biotexnologiya istiqamətində ilk addımlar 1814 – cü ildə atılıb. Belə ki, həmin ildə akademik K.Kirxhof biokatalitik yolla şəkərin alınmasına nail olmuşdur. 1891 – ci ildə isə ABŞ – da yapon biokimyaçısı Dz.Tokomine sənayedə istifadə məqsədilə fermantativ maddələri patentləşdirməyə nail olmuşdur. Son illər bu elmin mikrobiologiya sahəsində tətbiqi daha mühüm nailiyyətlərə yol açdı.

Mikroorqanizmlər nəinki müxtəlif biokimyəvi proseslərin sürətini artırmağa kömək etdi, hətta onlara miniatür sintetik fabrik kimi baxmağa məcbur etdi. Onların sayəsində hazırda mürəkkəb kimyəvi birləşmələrin, həmçinin antibiotiklərin istehsalı xeyli asanlaşmışdır. Müxtəlif fermentativ xassəli zülalların alınması, bakteriyaların lazımi maddələri sintez etməyə proqramlaşdırılması daha mühüm əhəmiyyət kəsb edir. Hazırda duru yanacaq, aseton kimi maddələri nisbətən ucuz yolla əldə etmək olur. Belə ki, bunu üçün neft tullantılarını gen mühəndisliyi yolu ilə əldə edilmiş bakteriyalarla emal etmək lazım gəlir. Bununla həm də milyon kvadrat kilometrlərlə əraziləri neft tullantılarından təmizləmək mümkündür. Bu elmin daha bir məqsədi biotexnoji proseslərin ucuz başa gəlməsinə nail olunmasıdır. Belə ki, bir mikrob ştammının alınmasına 100 dollar xərcləndiyi halda, bu rəqəm bəzən milyon dollarlarla ölçülür. Bakteriyaların genetik aparatının dəyişdirilməsi daha böyük uğurlara yol açır. Xüsusi genetik hissəciklər olan plazmidilərin hüceyrəyə yerləşdirilməsi onları lazımı maddəni istehsal etməyə istiqamətləndirir. Məsələn, V.Debabovun rəhbərliyi ilə sənayə ştammının alınması üçün bağırsaq çöpündən istifadə olunmuşdu.

Alınan mutant genli bakteriya treonin sintez etməyə başlamışdı. Tibbi məqsədlər üçün kimyəvi istehsalı olduqca baha başa gələn samototropin, insulin, interferon gen mühəndisliyi yolu ilə bioloji mənbələrdən alınır. Transgen bitkilərin alınması nəinki bitkilərin məhsuldarlığını artırmağa, həm də onların zərəvericilərdən qorunmasına da yardım göstərir. Belə bitkilərdən transgen üsulla əldə olunmuş kartofu misal göstərmək olar. Həmin bitkinin yeyilən hissəsinin tərkibində xüsusi maddə əmələ gəlir ki, bu maddə də ancaq zərərverici həşarat hesb edilən Kolorado böcəyinin mədəsində zəhərə çevrilir və onu məhv edir. İnsanın mədəsində isə həmin maddə zəhərə çevrilmir. Transgen heyvanların və hüceyrəvi quruluşu olmayan canlıların alınması isə transplantasiyada və klonlaşdırmada yeni imkanlar yaratmışdır. İnsandan alınan kök hüceyrələrinin yetişdirilərək orqanların yaradılması, ksenotransplantasiya, rekombinat virusların alınması daha böyük perspektivlər vəd edir.


Bölmələr: Texnologiya | Müəllif: shamsi_84
Baxılıb: 633 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024