Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Bazar ertəsi, 06.05.2024, 16:44
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Texnologiya

Bioloji beyinli robot hazırlanıb
10.06.2011, 19:22
İngiltərədəki "Reading” Universitetində "Gordon” adlı bir robotun beyninin siçanın sinir hüceyrələrindən əmələ gətirildiği bildirilib.

24 saat sonra əlaqənin yarandığını və normal beyin kimi torun əmələ gəldiyini bildirən müşahidəçilər, bunun nəticəsində beynin robotu idarə edə bildiyini söylədilər.


Hədəflərinin "kompüter beyninə” görə bioloji beyində hadisələrin necə arxivə keçdiyini öyrənmək olduğunu bildirən qrupun rəhbəri Warwick, təkrarladaraq robota bəzi şeylərin öyrədilə bildiyini, indi isə məqsədlərinin robota bəzi hərəkətləri öyrətmək olduğunu da dedi.

YADDAŞI VAR.

Kosmosun dərinliklərində yuva axtaran gənc bir robotun hekayəsindən bəhs edilən Wall.E filminin baş rol ifaçısı Wall.E`yə bənzəyən "Gordon” divara dəyəndə beyninin xəbərdarlıq aldığı və robotda yaranan vərdişlə "maneəni keçə bildiyi” nəzərə alındı.

Müşahidələri Alçgeymer, Parkinson kimi sinir xəstəliklərinin müalicəsini, hadisələrin necə həkk olunmasını və həkk olunmuş bu hadisələri necə möhkəmləndirə biləcəyini aydınlaşdıran qrupun rəhbəri Warwick, "Gordon`un beyni insan beyninin bəsitləşdirilmiş halıdır. Ancaq Gordonun beyninə baxa bilir, onu müşahidə edə bilirik." dedi.

Hələ ki, primitiv vəziyyətdədir.

Warwick həmçinin, hal-hazırda Gordon-un beynində təxminən 50 min ilə 100 min arasında sinir hüceyrəsinin aktiv oluğunu, siçanda bu rəqəmin 1 milyon, insan da isə 100 milyard olduğunu söylədi.

Dünyada bunun kimi bioloji beyinlər üzərində müşahidə aparan 4 ya da 5 qrupun olduğunu söyləyən Warwick, ancaq əvvəllər təcrübə və vərdişlə işləyən bir qrupa rastlamadığını da bildirdi.

"Gordon” üçün insanın sinir hüceyrələrinin istifadə olunması haqda isə maneələrin olduğunu və bunun texnik yox etik problem olduğunu söylədi.



Bölmələr: Texnologiya | Müəllif: shamsi_84
Baxılıb: 530 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024