Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Cümə axşamı, 02.05.2024, 18:02
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » İslam

Namaz vaxtı gəldikdə nece namazı qılaq? Gözəl ibratamiz bir video
07.06.2011, 13:19


Bəzən insanlar namaz vaxtı girməsinə,hatta çıxmasına bir az qalmış olsada namazlarını işi bəhanə gətirərək qılmırlar.Əsas gətirilərki,işdən vaxtım yoxdur, yaxud gedib evdə qılacam.Hansıki Müqəddəs kitabımız Quranda beleə buyrulur:Allaha həmd olsun! Allah qullarına gündə beş vaxt namazı əmr etdi."Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) yazılmışdır.” (ən-Nisa 103)

Allah yuxarıdakı ayədə də bildirildiyi kimi, yaratdığı zaman içində bu beş vaxt namaz üçün müəyyən vaxtlar təyin etdi. Bu səbəbdən namazların bu vaxtlarda qılınması vacibdir. Bəzi ciddi səbəblər var ki, bunlardan dolayı namazı vaxtında qıla bilməyən üzürlü sayılır. Bunlar ölüm təhlükəsi, düşmən qorxusu, huşu itirmək, yatıb yuxuya qalmaq, unutmaqdır. Ciddi səbəb olmadan namazları vaxtından sonra qılmaq (qəza etmək) böyük günahlardan sayılır. Bunu işlədən adam namazın qəzasını qılmaqla bərabər həm də tövbə və istiğfar (bağışlanma) diləməlidir. 

Bütün bunları hər halda bilirsiniz.Allahın günlük zamanı beş yerə bölüb hər vaxt üçün bir namaz təyin etməsi mənasız, təsadüfi deyil.
Allahu təala namazı Qur`anda ruhun, imanın qidalanacağı bir mənbə, bununla bərabər insanı çirkin və günah işlərdən çəkindirəcək, təmizləyəcək bir vasitə kimi vəsfləndirir. Allah digər tərəfdən namazın insanı Allaha yaxınlaşdıracaq bir yol olduğunu bildirir.
"Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür.” (əl-Ənkəbut 45) "Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və (Ona) yaxınlaş!” (əl-Aləq 19)
Yuxarıda qeyd etdiyimiz kimi, Allah gündəlik zamanı beş yerə bölmüş və bu vaxtlara uyğun namazlar buyurmuşdur. Digər tərəfdən namazın insanı çirkin işlərdən qoruyacaq, imani qida verəcəyini də bildirmişdik. Yəni insan bir vaxt namazı qılıb ondan özünü qoruyacaq bir qida alır. Ondakı bu ruhi qida enerjisi bir müddət ona fayda verir. İnsan isə bu qidanı tədricən xərcləyir. Nəhayət növbəti namazın vaxtına yaxın bu qida tükənir. Bu zaman müsəlman vaxtı girmiş namazını qılaraq yeni ruhi qida ilə imanını qüvvətləndirir. Bu imani enerji isə növbəti namaza qədər öz faydasını verərək tükənir. Bu zaman növbəti namazı qılmaq gərəkdir. İndi sizin dediyiniz kimi siz ömrü boyu qəza qılmalısınız.
Hər şeyin həddi hüdudı var. İş yaşamaq üçün bir vasitədir. Amma bu vasitə həyatın məqsədinə çevrilə bilməz. Hər halda bunun(ömrü boyu işləmək) üçün yaradılmamışıq.

 "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Əl-Zariyat 56)


Bu videoa bax dərindən fikirləş.



Bölmələr: İslam | Müəllif: shamsi_84
Baxılıb: 4058 | Yüklənib: 0 | Reytinq: 5.0/3
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024