Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Cümə axşamı, 16.05.2024, 13:24
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Dərslər

Sistemin bərpa olunması [System restore]
30.06.2011, 02:41
Sistemin Bərpa Olunması

1.Sistemin bərpa olunması üçün əvvəlcədən yaradılmış hər hansı bir bərpa nöqtəsi istifadə olunacaq. Sistem bərpa nöqtıəsi yaradılan zaman mövcud vəziyyətə qayıdacaq.Bərpaya başlamaq üçün System Restore proqramını işə salın (Start>[All] Programs > Accessories > System Tools > System Restore ).





2. Açılan pəncərədən   Restore my computer   variantını seçib Next düyməsi ilə davam edin.





3. Növbəti addımda gördüyünüz təqvim vasitəsilə avtomatik və ya istifadəçi tərəfindən yaradılan bərpa nöqtələrinə nəzər yetirə bilərsiniz. Seçdiyiniz bərba nöqtəsi vasitəsilə sisteminizi bərpa etmək üçün yenə də Next düyməsindən istifadə edə bilərsiniz.



4. Növbəti pəncərə əməliyyatı təqtiqləmək üçün nəzərdə tutulub. Ehtiyyatlı olun - nəzərə alın ki, bərpa nöqtəsini yaratdıqdan sonra sistemə etdiyiniz dəyişikliklər (qurduğunuz proqramlar, qoşduğunuz qurğular, registr dəyişiklikləri və s. ) tamamilə ləğv olunacaq.

5. Bərpa əməliyyatını başlamaq üçün Next düyməsindən istifadə edin.

6. Əməliyyatın başa çatması üçün sistem yenidən yüklənməlidir. Bərpadan imtina etmək üçün sistem yüklədikdən sonra, System Restore proqramını işə salaraq  Undo my last restoration  variantından istifadə edə bilərsiniz.



Bərpa Nöqtələri

System Restore hər hansı bir problem yarandıqda, kompüterin əvvəlki vəziyyətinə bərpa olunması üçün istifadə olunan bir Windows XP komponentidir. Sistemin bərpası istifadəçilərin şəxsi məlumatına heç cür təsir etmir (Microsoft Word sənədləri, e-mail , baxılan saytlar tarixi və s.). System Restore proqramı sistemə edilən dəyişiklikləri nəzarət altında saxlayır, və hər hansı ciddi dəyişiklik olarsa (yeni drayver, yeni proqramın qurulması, reyestrin dəyişilməsi və s.) xüsusi "bərpa nöqtələri" yaradır. Bərpa nöqtələri kompüterin hər hansı bir vaxtda olan vəziyyətini bərpa etmək üçün istifadə oluna bilər. Dəyişiklik olduqda yaranan bərpa nöqtələri ilə bərabər, bərpa nöqtələri avtomatik olaraq gündə bir dəfə yaradılır. İstənilən vaxt özünüzdə bərpa nöqtəsi yarada bilərsiniz.

1. Bərpa nöqtəsi yaratmaq üçün System Restore proqramını işə salın (Start>[All] Programs > Accessories > System Tools > System Restore )






2. Açılan Pəncərədən "Create a Restore Point" variantını seçib Next düyməsini basın.



3. Növbəti pəncərədə "Restore Point Description" sahəsində bərpa nöqtəsinin məqsədini izah edən və digər məlumat verən bir mətn daxil edib
Create düyməsini basın.
Bü qədər..




Bölmələr: Dərslər | Müəllif: shamsi_84
Baxılıb: 356 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024