Kompyuterin zəif işləməsinin qarşısını almaq üçün nə etmək lazımdır?
1. Sabit diskinizi təmizləyin. 2. Vizual effektlərdən xilas olun. 3. Virus və cəsus proqramları axtarın. 4. Daha çox yaddaş əlavə edin (asan yol). 5. Disk birləşdirmə köməkçi proqramını işlədin.
İndi İsə Açıqlamarı İlə:
1. Sabit diskinizi təmizləyin Sabit diskinizdə nə qədər az şey olsa, kompüteriniz o qədər sürətli olar. Kompüterinizdə yer boşaltmanın ən yaxşı yolu Windows® Disk Cleanup köməkçi proqramını istifadə etməkdir.
Proqrama
çatmaq üçün Start (Başlat) -> All Programs (Proqramlar) ->
Accessories (Təchizat) -> System Tools (Sistem Vasitələri) elementinə
gedin və sonra Disk Cleanup (Disk Təmizləmə) elementini basın. Hansı
sürücünü təmizləmək istədiyinizi seçin.
Disk Cleanup (Disk
Təmizləmə) qutusunda, Files to delete (Silinəcək fayllar) siyahısında
irəliləyin və qaldırmaq istədiyiniz elementləri işarələyin. Nələrdən
xilas olmanız lazım olduğundan əmin deyilsinizsə, ən etibarlı yol artıq
istifadə etmədiyiniz proqramları və keçici internet fayllarını
seçməkdir. Hazır olduğunuzda OK (Tamam) düyməsini basın. Fotoşəkil,
musiqi və video faylları kimi tamamilə silmək istəmədiyiniz fayllar
varsa, bunları xarici bir disk sürücüsünə köçürə bilərsiniz.
2. Vizual effektlərdən xilas olun Windows
Vista® bəzi möcüzə vizual effektlər təqdim edər, amma bunlar sistem
qaynaqlarını quruda bilərlər. Bunların bəzilərini dövrə xarici buraxmaq
sisteminizi sürətləndirəcək.
Bunun üçün Start (Başlat) düyməsini
və sonra Control Panel (Yoxlama Masası) > System and Maintenance
(Sistem və Baxım) > Performance Information and Tools (Performans
Məlumatları və Vasitələri) elementini basın.
Burada Adjust Visual
Effects (Vizual Efektleri Təşkil et) elementini seçin. Bir idarəçi
parolu girməniz istənə bilər. Bundan sonra Visual Effects (Vizual
Efektler) bölməsinə basın və Adjust for Best Performance (Ən Yaxşı
Performans üçün Təşkil et) elementini seçin. OK (Tamam) düyməsini basın.
3. Virus və cəsus proqramları axtarın Sürünən
fərdi kompüter performansının əsas günahkarlarından biri pis niyyətli
proqramlardır: viruslar, cəsus proqramlar, Troya atları, soxulcanlar və
hər cür pis niyyətli istənməyən proqramlar. Əgər hələ hər hansı bir
virusdan qoruma proqramınız yoxsa, dərhal əldə edin! Bu mövzuda Windows
Vistaya daxil olan və Microsoft XP SP2 üçün ödənişsiz olaraq endirilə
bilən "Microsoft Windows Defender"i düşünə bilərsiniz. Ayda ən az bir
dəfə avtomatik virus axtarmasını redallaşdırmağı da laqeyd yanaşmayın.
Ayrıca, pis niyyətli proqramların kompüterinizə ən başda girməsini maneə
törətmək üzrə bir təhlükəsizlik divarı da işlədə bilərsiniz.
4. Daha çox yaddaş əlavə edin (asan yol) Sistem
yaddaşı (RAM olaraq da bilinər) əlavə etmək kompüterinizin
performansını artırmaq üçün yaxşı bir yol ola bilər. Ancaq yaddaş
yüksəldimi bəzən çətin və xərcli ola bilər. Windows Vista artıq hər
hansı bir şey yükləməniz lazım olmadan yaddaş əlavə etmənizi təmin edən
Windows ReadyBoost xüsusiyyətini təqdim edir. Bu xüsusiyyət USB flash
yaddaş ya da bir SD yaddaş kartı kimi bir flash yaddaş cihazını əlavə
yaddaş olaraq istifadə etmənizi təmin edir.
5. Disk birləşdirmə köməkçi proqramını işlədin Disk
Defragmenter kompüterinizin sabit diskindəki faylları və qovluqları,
hər biri tək bir yer örtəcək şəkildə birləşdirən bir Windows köməkçi
proqramıdır, beləcə diskin yazma və oxuma sürəti artar. Sabit
diskinizdə birləşdirmə əməliyyatı reallaşdırmaq üçün Start (Başlat) >
All Programs (Proqramlar) > Accessories (Təchizat) > System Tools
(Sistem Vasitələri) > Disk Defragmenter (Disk Birləşdirici)
elementinə gedin və sonra birləşdirmək istədiyiniz sürücünü seçin. Daha
sonra Settings (Nizamlar) elementinə gedərək When defragmenting my hard
drive (Sabit sürücümün birləşdirilməsi) hissəsindəki iki variantın
işarəli olduğundan əmin olun və başlamaq üçün OK (Tamam) düyməsini iki
dəfə basın. Birləşdirmə tamamlandığında, kompüterinizi bağlayıb yenidən
başlatmanız lazım ola bilər.
|