Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Cümə, 29.03.2024, 12:39
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Sayt Xəbərləri

Bakcell-lə Facebook artıq Pulsuzdur!
19.07.2011, 22:41


Bakcell-lə FACEbook artıq Pulsuzdur!


Azərbaycanın ilk və sürətlə inkişaf edən mobil operatoru olan Bakcell şirkəti zero.facebook xidmətini istifadəyə verməklə abunəçilərinə öz mobil telefonlarından facebook sosial şəbəkəsindən pulsuz istifadə etmək fürsəti yaradır.

Bakcell Azərbaycanın mobil telekommunikasiya məkanında ilk dəfə olaraq, Facebook şirkəti ilə əməkdaşlıq quraraq, öz mobil internet istifadəçilərinə zero.facebook xidməti vasitəsilə Facebook-a daha rahat, sürətlə və pulsuz qoşulmaq imkanı yaradır. Zero.facebook.com - Facebook şəbəkəsinin bütün əsas funksiyalarına malikdir və hətta Facebook-un standart mobil versiyası sayılan m.facebook.com səhifəsindən də sürətlə yüklənir. Bu gün 750 milyondan artıq aktiv istifadəçisi olan Facebook dünyanın ən böyük sosial şəbəkəsidir. Azərbaycanda Facebook istifadəçilərinin sayı artıq sürətlə 500,000 nəfərə yaxınlaşır. Hal-hazırda dünya üzrə 250,000 milyondan artıq insan aktiv surətdə öz mobil telefonları vasitəsilə Facebook səhifəsinə daxil olurlar.

Zero.facebook xidmətindən istifadə etmək üçün, Bakcell abunəçiləri öz mobil telefonlarından aşağıdakı ünvanlardan birinə daxil ola bilərlər:

* 0.facebook.com

* O.facebook.com

* o.facebook.com

* zero.facebook.com

Mobil telefonlarda zero.facebook.com-dan istifadə tamamilə pulsuzdur. Bakcell abunəçiləri eynilə facebook.com saytında olduğu kimi, burada da öz statuslarını yeniləmək, xəbərləri oxumaq, ismarıclar göndərmək və gələn ismarıclara cavab vermək, dostların səhifəsində yazmaq və digər xüsusiyyətlərdən istifadə edə bilərlər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edərək, digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərdən pul çıxılacaq. İstifadəçi şəkillərə baxmağa və ya digər mobil səhifəyə keçmək istədikdə, ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonraki istifadənin ödənişli olması barədə xəbərdarlıq veriləcək.

Bakcell-in Baş İcraçı Direktoru cənab Riçard Şirer şirkətin daima öz müştərilərinə ən son texnologiyalardan istifadə imkanı yaratmağa çalışdığını deyir: "Dünyada ən çox istifadə edilən Facebook saytına mobil telefonlardan pulsuz giriş fürsətini verməkdə məqsədimiz abunəçilərimizə istənilən zaman və məkanda öz ailə üzvləri və dostları ilə ünsiyyət saxlamaq üçün gözəl imkan yaratmaqdır".


Bölmələr: Sayt Xəbərləri | Müəllif: shamsi_84
Baxılıb: 617 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024