Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Şənbə, 20.04.2024, 16:35
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Mobil dünya

Mobil telefonunuzda sizin dinlənilməsindən xəbər verən 6 əlamət
09.07.2011, 01:27


Bu gün dünya ölkələrində insanları narahat edən məsələlərdən biri də mobil telefonlarına onlardan xəbərsiz qulaq asılıb-asılması, telefonlarına gələn SMS-lərin, məktubların başqaları tərəfindən oxunub-oxunmamasıdır.

Bunu bilməyin 6 yolu var...

Bu gün dünya ölkələrində insanları narahat edən məsələlərdən biri də mobil telefonlarına onlardan xəbərsiz qulaq asılıb-asılması, telefonlarına gələn SMS-lərin, məktubların başqaları tərəfindən oxunub-oxunmamasıdır. Artıq müasir texniki imkanlar həvəskar müdirin, qısqanc həyat yoldaşının, o cümlədən telefon dələduzlarının bu yoldan istifa etməsini asanlaşdırıb. Ancaq zamanında bunun fərqinə varıb, dinlənilmədən can qurtarmağın yolları da var.

Əgər mobil telefonunuza qulaq asılırsa, telefonunuz dinlənirsə, bunun 6 əlaməti var və həminə əlamətlər üzrə dinlənildiyinizi müəyyənləşdirə bilərsiniz.


Birincisi, əgər mobil telefonunuzdan istifadə etmədiyiniz halda onun batareyasında temperatur yüksəkdirsə, deməli, dinlənirsiniz. Çünki batareya hər şeydən əvvəl ölçüsüz istifadə zamanı qızmağa başlayır.

İkincisi, dinlənilmə zamanı mobil telefonun batareyası qısa müddətdə boşalır. Bu da sizi artıq təhlükədən xəbərdar etməlidir. Üçüncüsü, əgər telefonu söndürən zaman çox parlaq işıqlanma müşahidə olunursa, uzun müddət temperaturu yüksək qalırsa, yaxud ümumiyyətlə telefonu söndürmək olmursa, deməli, dinlənirsiniz. Buna görə də daim telefonu söndürərkən müşahidə etməlisiniz ki, qeyri-adilik olan zaman bunu tez aşkara çıxarasınız.

Dördüncüsü, əgər telefonunuzun qəfil işığı yanırsa, öz-özünə hansısa əlavəni yükləyirsə, yaxud sönürsə, bu qəribə aktivlik də telefonunuzun dinlənilməsindən xəbər verir. Beşincisi, mobil telefonla danışdığınız zaman xışıltı, səs-küy müşahidə olunursa, əks-səda varsa, yaxud telefonla danışmadığınız halda belə sanki telefonda nəbz vurmanı xatırladan səs-küy eşidirsinizsə, bu da bir əlamətdir.

Nəhayət, telefonunuzdan elektrik qurğularının (məsələn, televizor) yaxınlığında istifadə edirsinizsə və bu zaman danışığınızın eşidilməsinə, sizin danışdığınız şəxsin səsini eşitməkdə çətinlik müşahidə olunursa, deməli, telefonunuzun gövdəsinə izləmə qurğusu yerləşdirilib...

mənbə: LENT.AZ


Bölmələr: Mobil dünya | Müəllif: shamsi_84
Baxılıb: 521 | Yüklənib: 0 | Şərhlər: 1 | Reytinq: 5.0/1
Bütün şərhlər: 1
0  
1 huseyn   (13.04.2012 14:47) [Məlumat]
sag olun!!!!!!!!!!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024