Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Cümə, 26.04.2024, 05:36
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Mobil dünya

iPhone Mobil Telefondur?
09.07.2011, 02:04



"iPhone" – Apple firmasının multimediyalı smartfonudur. "iPhone" – nun 5 modeli mövcuddur: "iPhone 2",  "iPhone 3G", 
 
"iPhone 3Gs",
"iPhone 4" və bu ilin sentyabrında satışa buraxılacaq "iPhone -5."

Bunlardan 
"iPhone" və "iPhone 3G" – nin əsas xüsusiyyətləri aşağadakılardır

- mobil əlaqə: GSM/EDGE, 3G modelində isə UMTS/HSDPA


- barmaqlarla idarə olunmağa istiqamətlənən multi – touch texnologiyalı sensorlu ekran

- fiziki klaviaturanın olmaması, sensorlu ekranda əks olunan rəqəm və mətn virtual klaviatura köməkliyi ilə daxil edilir.

- daxili fotokamera: 2 meqapiksel

- musiqi və video player (iPod analoqu)

- internetə operator şəbəkəsi və həmçinin WiFi vasitəsilə qoşulmaq

- tam dolğun internet brauzer (Flash və Java dəstəyi yoxdu

- e-mail müştəri

- GPS – qəbuledici (3G modelində)


Əlaqə standartları

- GSM/GPRS/EDGE, Quad band: 850/900/1800/1900
- 3G: UMTS/HSDPA, Tri band: 850/1900/2100
- WiFi (802.11b/g)

EKRAN

- 3200 piksel (3:4), diaqonal 89 mm, 163 pp
- Ekran cızıqlara davamlı şüşə ilə örtülüb.

Ekran vasitəsilə iformasiya daxil edilir və idarə edilir. Belə ki, ekran sadə toxunmalarla birgə multi – touch texnologiyası ilə mürəkkəb jestləri də ayırd edir. Misal üçün, səhifə üzrə hərəkət virtual səhifəyə toxunmaqla və onu yuxarı-aşağı hərəkət etdirməklə baş verir.

Düymə və keçidlər

"iPhone" –un yeganə fiziki düyməsi "displey"in altında yerləşir. Onun təyinatı əsas menyuya qayıdışdır.

Telefonun böyründə üç keçid yerləşib: yatılı rejim, səsi böyütmək/kiçiltmək, zəngin söndürülməsi.

Dinamik

"iPhone" dinamikini yüksək səs (hands – free) rejimində istifadə etmək olar, həmçinin musiqi/video qulaq asmaq üçün də istifadə etmək olar. Stereofonik dinamik səsin yaxşı keyfiyyətini təmin edir.

SİM – kart

SİM kart aparatın yuxarısından taxılır və 3G modelinin komplektinə daxil olan xüsusi alətlə çıxarılır.

Fotokamera

"iPhone" fotokamerası 2 meqapikseldir. Obyektiv aparatın arxa tərəfində yerləşir. Kameranın flaşı, optik zumu və avtofokusu yoxdur. "iPhone" OS 2.0 modelində qeotaqqinq (GPS –dən alınan coğrafi koordinatların foto fayllara köçürmək) imkanı var. Çəkilən fotoları veb səhifələrə yükləmək, e-mailə göndərmək və personal kompyuterə köçürmək olur.

GPS

"iPhone 3G" –də daxili quraşdırılmış A-GPS (ilkin yer müəyyən etmə prosesini sürətləndirmək üçün məlumatlar operator şəbəkəsindən və yaxud istifadə olunan WiFi nöqtəsindən istifadə olunur) qəbuledicisi var.

"iPhone" –nun sadə modelində nə daxili quraşdırılmış GPS – qəbuledicisi, nə də "Bluetooth" vasitəsilə xarici qəbuledici köməkliyi yox idi.

Bluetooth

"iPhone" Bluetooth 2.0 interfeysinə malikdir və EDR (Enhanced Data Rate) köməkliyi ilə "Bluetooth" qarniturla işləyə bilir. Amma stereosəsin (A2DP) göndərilməsini və digər "Bluetooth" qurğularla mübadiləni dəstəkləmir.

Konnektorlar

"iPhone" qulaqcıqları mikrofonla təchiz olunub. Mikrofonda, həmçinin musiqinin səsləndirilməsini dayandıran, növbəti musiqiyə keçmək, gələn zəngə cavab verən və zəngi yekunlaşdıran düymə var.

Qulaqcıqlar yuxarda sağda yerləşən 3.5 mm standart konnektor vasitəsilə qoşulur. "iPhone" - nun birinci modelində bu konnektor biraz daxildə idi. Bu da xüsusi adaptorsuz kənar qulaqcıqların istifadəsini mümkünsüz edirdi. 3G modelində bu çatışmazlıq aradan qaldırılıb.

Xüsusi (ayrıca satılan) adaptor vasitəsilə "iPhone" video siqnalını dok – konnektor vasitəsilə televizora (HD yox) çıxarmaq olar .

Akkumulyator

Akkumulyator daxildən quraşdırılıb ("iPod"-dakı kimi). Onun sıradan çıxması halında "Apple" akkumulyator dəyişdirilməsi servisini göstərir (yalnız qarantiya müddətində pulsuzdur). Nəzəri olaraq kənar istehsalçının akkumulyatorunu alıb müstəqil dəyişmək olar, amma bu, müəyyən texniki ustalıq tələb edir (ilk akkumulyator "iPhone" – a qalaylanıb).

Tamamilə enerjisi (zaryatka) dolan "iPhone" – nun istifadə müddəti:

- video baxdıqda 7 saat;

- WiFi – la veb – serfinq etdikdə 6 saat, 3G modelində 5 saat;

- "iPhone"-da 8 saat danışmaq imkanı, 3G modelində 2G rejimində 10 saat danışmaq, 3G rejimində 5 saat danışmaq imkanı;

- 24 saat musiqi dinləmək;

- Gözləmə rejimində 250 saat qalır, 3G modelində 300 saat.


Prosessor və yaddaş

"iPhone" – nun hər iki modeli Samsung S5L8900 (412 MHz ARM 1176) prosessorunda işləyir və PowerVR MBX 3D qrafik prosessoru istifadə edirlər.

Operativ yaddaş: 128 MB DRAM.
"iPhone"-nun ilk modelləri 4, yaxud 8 gb yaddaşla satılırdı. 2008-ci ilin fevralından etibarən 16 gb flaş yaddaşlı modellər buraxılır. 3G modeli isə iki variantdadır: 8 gb və 16 gb.

"iPhone" – da əlavə yaddaş kartlarının qoşulması üçün xarici slot yoxdur.

Proqram təminatı

"iPhone", "iPhone OS" operativ sistemdə işləyir,

Operativ yaddaş daxili yaddaşın 0.5 gb – dən az yerini tutur.

"iPod"-dakı kimi "iPhone" – da da idarə etmə Windows (XP, Vista, 32/64 bit) və Mac OS üçün geçərli olan iTunes vasitəsilə həyata keçirilir.

Əlavə imkanlar
Hesablayıcı (kalkulyator) sadə hesablayıcılarda olan funksiyalarla yanaşı, daha mürəkkəb funksiyalar üçün "iPhone OS 2.0" modelinə mühəndis rejimi əlavə olunub.

Təqvim (Calendar – gündəlik təqvim.

Saat (Clock) – saat, saniyəmer və taymer.

Xəritə (Maps) – Google Maps layihəsinin "iPhone" üçün optimallaşdırılmış versiyası. Xəritədə telefon və adres ilə axtarış imkanı, yol hərəkatı nəzərə alınaraq optimal marşrutun seçilməsi, sputnikdan görüntü və layihənin Web versiyasının digər funskiyaları.

Mail – poçt aqenti. Mail POP3 və İMAP protokollarını dəstəkləyir, HTML formatlaşdırmaqla məktubları əks etdirir, həmçinin qoşma faylları PDF, Word, Excel və Powerpoint formatında baxmağa imkan yaradır.

Notes – qeydlərin yazılması və yadda saxlanması

Photos – şəkillərin meneceri, şəkilləri müxtəlif ölçülərdə və ekranın hər iki istiqamətində izləməyi, onları böyütmək, kiçiltmək, çevirməyə imkan verir. Qarşılıqlı əlaqə interfeysi multi – touch texnologiyasını geniş istifadə edir: növbəti şəkilə keçmək üçün vərəqləmə jestini istifadə etmək olar, şəkili böyüdüb/kiçiltmək üçün iki barmağı ayırıb/aralamaq lazımdır. Şəkilləri albomlara ayırmaq olar, slayd-şou rejimində baxmaq mümkündür. Kompyuterdəki papkalardan şəkilləri "import" etmək olur.

Safari – iPhone üçün Web-brauzer. Safarinin əsas xüsusiyyəti Web səhifələri eninə hərəkət etdirmədən tam ölçülü versiyada izləməkdir. Eninə hərəkət elətdirmə yerinə bütün səhifənin içindəkilərinin miqyaslaşdırılması (maştablaşdırılması) baş verir.

İstifadəçi səhifənin istənilən hissəsini standart jestlər vasitəsilə böyüdə bilər. Safaridə, həmçinin eyni anda bir neçə səhifəni yükləyib izləməyə imkan verən "tab" nişanlarının dəstəyi realizə olunub.

Çatışmazlıq: Java və Adobe Flash dəstəyinin olmaması.
Stocks – qiymətli kağız və səhmlərin qiymətlərini izləmə imkanı.

YouTube – Youtube serverindən video roliklərin izləməsi üçün. Əlavə rolikləri izləmək üçün Apple xüsusi proqram inkişaf elətdirib.

Weather – mövcud hava durumu və bir həftəlik hava proqnozu. Hava haqda məlumatlar "Yahoo" serverindən götürülür.

"iPhone OS 2.o" versiyasında iTunes (Apple mağazasından audio və video məhsulları almaq üçün) və "App Store" (əlavə proqramların yüklənməsi və quraşdırılması) proqramları əlavə olunub.

"App Store"

"App Store" – "iPhone" və "iPod touch" üçün yeni proqramların axtarılması və quraşdırılması üçün əlavədir. Əlavələr internet şəbəkəsi vasitəsilə telefona yüklənir.

Telefon funksiyaları
"iPhone" konferens - əlaqə, zəng saxlama, zəng edən abonentin nömrəsinin müəyyən edilməsi kimi funksiyaları dəstəkləyir.

SMS – ismarıc sistemi "E–mail" –lə işə analoji qurulub. İsmarıclar xronoloji sıralamada təqdim olunur və korrespondentlərə görə qruplaşdırılır.

MMS göndərmə və qəbul etmə yalnız kənar istehsalçılar tərəfindən hazırlanan əlavə proqram təminatı ilə mümkündür. Rəsmi olaraq MMS dəstəklənmir.

Mediapleyer

"iPhone" musiqi kitabxanasının interfeysi "iPod"–un interfeysinə və "Symbian S602 platforması əsasında müasir smartfonların interfeysinə oxşayır.

"iPhone" audionu aşağıdakı formatlarda səsləndirir:

- AAC, Protected AAC, MP3, MP3 VBR, Audible (formats 2, 3, and 4), Apple Lossless, AIFF və WAV
"iPhone" videonu aşağıdakı formatlarda seyr etdirir:

- H.264 Baseline Profile (LC) –dən 1.5 Mbps kimi, 640x480, 30 fps AAC-LC audio 160 Kbps -ə qədər, 48kHz, stereo fayllarda .m4v, .mp4 yaxud .mov;
- H.264 Baseline Profile (3.0 səviyyəyə qədər) 2.5 Mbps -ə qədər, 640x480, 30 fps AAC-LC audio 160 Kbps -ə qədər, 48kHz, stereo fayllarda .m4v, .mp4 или .mov;
MPEG-4 Simple Profile 2.5 Mbps -ə qədər, 640x480, 30 fps AAC-LC audio 160 Kbps -ə qədər, 48kHz, stereo fayllarda .m4v, .mp4 или .mov

Videoda İphone modellərində olan fərqlərə diqqətlə baxın



Bölmələr: Mobil dünya | Müəllif: shamsi_84
Baxılıb: 738 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024