Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Çərşənbə, 17.04.2024, 00:13
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Maraqlı

Faydalı Sözlər
30.06.2011, 16:17



QƏNAƏT haqda deyilmiş aforizmlər


Ey Füzuli,mən qənaət mülkünün sultanıyam,
Səltənət isbatı əynində pəlasi-fəqir bəs..(Məhəmməd Füzuli)
Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlərin qapılarındakı köpəklərlə boğuşmalıdır..(Məhəmməd Füzuli)
Qənaət etmək işləmək qədər əhəmiyyətlidir..(Jan Jak Russo)
Yer üzündəki bütün iztirablar aza qənaət etməməkdən doğar..(Əbülqasim Firdovsi)
Qənaətin qədrini bilməyən heç nə əldə edə bilməz..(Zeynalabdin Şirvani)
Hər istək qarşısında insan özünə sual etməlidir: bu istək əldə edilərsə nə olar, əldə edilməzsə nə olar? (Epikür)
Qənaət etməyəni dünya malı da zəngin etməz..(Fəriduddin Əttar)
Əlindəkinə qane olmayana dünyanı da versən qane olmayacaq..(Litsi anney Seneka)
Qənaətcil adam əbəs yerə pul xərcləmək istəmir, xəsis isə heçnəyə pul xərcləmək istəmir..(Jan Batist Sey)
Qənaət etməyi bacarsaydıq, dünyadakı qayğılar daha asan həll olunardı..(Sədi Şirazi)
Var-dövlət sərvətə deyil, qənaətə söykənir..(Sədi Şirazi)
On dərviş bir kilimə sığışar, amma iki padşah bir ölkəyə sığışmaz..(Sədi Şirazi)
Ən varlı adam qənaətcil adamdır..Ən yoxsul isə xəsis adamdır..(Nikola Sebastyan Şamfor)
Çox şeydən imtina edən çox şeyə nail ola bilər..(Jark Şardon)
Qənaət edilmiş qəpik qazanılmış qəpikdir..(İngilis atalar sözü)
Vəziyyətdən asılı olmayaraq qənaət etməyin vacibliyini öyrəndim..(Həzrəti İsa əleyhissalam)
Qənaət özü dövlət deməkdir..("Qabusnamə”dən)
Az qazancından qənaət etməyən çox qazancından da qənaət etməz..(Çalz Marden)
Qənaət etməyi bacaran heç vaxt çətinlik çəkməz..(Emil Alen)
Xəsislə qənaətcil adam arasında böyük fərq var: qənaətcil öz gələcəyini təmin edir, xəsis isə özündən sonra gələnləri..(Şervud Anderson)
İstədiklərimizin hamısını əldə edə bilməyəcəyimizə görə əlimizdə olanlara qənaət etməyi öyrənməliyik..(Anri Fransua Bek)
Varlı olmaq deyil,qənaətcil olmaq əhəmiyyətlidir..(Bencamin Franklin)
Qənaət iksir kimidir:nəyə sürtsən qızıl olar..(Bencamin Franklin)
Bu günün israfçısı sabahın dilənçisidir..(Sokrat)
Vaxtımı xərcləməyi bacarmadım,indi o məni xərcləyir..(Uilyam Şekspir)
Meşədə də yaşasan,ağacın qədrini bil..(Çin atalar sözü)
İstədiyiniz şeyi deyil,ehtiyacınız olan şeyi alın..(Mark Porsi Katon)
Bu dünyaya çılpaq gəldim,çılpaq da gedirəm..(Migel de Servantes)
Ayaqyalın olmaq ayaqsız olmaqdan daha yaxşıdır..(Corc Herbret)

Ağıla Və Qəlbə işıq saçan Sözlər..İnciləşib düzülmüş burdakı sözlər, Sərrafını gözlər!.
..SÜBH YAXINLAŞIR..
 
   



Bölmələr: Maraqlı | Müəllif: shamsi_84
Baxılıb: 667 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024