Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Cümə, 26.04.2024, 09:55
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Maraqlı

Alimlər İnsanın qocalmasının tibbi sirrini açdılar
30.06.2011, 15:55



Hər insan öləcəyi vaxtı öyrənə biləcək!

Payızdan etibarən hər insan yaşayacağı illərin sayını və öləcəyi vaxtı öyrənə biləcək. İspaniyanın "Life Lenght" şirkətində hazırlanmış test insan xromosomlarının ucundakı DNT turşusunun uzunluğunu ölçərək insanın bioloji ömrünü müəyyənləşdirəcək. "Telomer" adlanan bu sahələr DNT-ni zədələrdən qoruyur. Zaman keçdikcə telomerlər qısalır və nəticədə hüceyrənin bölünməsi dayanır, bu da qocalma prosesini sürətləndirir.

Ona görə də alimlərin fikrincə, telomerləri qısa olan insanlar daha az yaşayırlar.

"Test vasitəsilə çox qısa telomerləri müəyyənləşdirə bilərik. Lakin uzun telomerlərin insan həyatını nə qədər uzatdıqlarını dəqiq bilmirik. Buna rəğmən, test sadə, sürətli və dəqiqdir", - Madriddəki İspaniya Xərçəng Tədqiqatları üzrə Milli Mərkəzinin əməkdaşı, testin müəllifi Mariya Blasko deyir.

Test vasitəsilə insanın ölüm gününü müəyyənləşdirmək hələlik mümkün olmasa da, alimlər testin yaxın vaxtlarda çox populyarlaşacağına şübhə etmirlər. Bundan başqa, test xərçəng, ürək-damar xəstəlikləri və Alsgeymer xəstəliyi ilə mübarizədə effektiv vasitələrdən birinə çevriləcək.

Bəzi ekspertlər isə hesab edirlər ki, yeni kəşf Pandora qutusunun açılması deməkdir. Həyatlarının sonuna az qaldığını öyrənəcək insanların reaksiyalarını təxminləmək mümkün deyil. Bundan başqa, sığorta şirkətlərinin müştəri ilə müqavilə imzalamazdan əvvəl onu testdən keçirəcəyi də şübhə doğurmur.




Bölmələr: Maraqlı | Müəllif: shamsi_84
Baxılıb: 417 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024