Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
            
(Karley)
 

Cümə, 29.03.2024, 02:37
   Ana Səhifə | Mənim Profilim | Çıxış

Xoş gəlmisiniz  Qonaq Qrup "Qonaqlar"   RSS


 
Çat
!

Ana Səhifə » Bölmələr » Maraqlı

`SƏN, MƏN və YOXluğun !
19.07.2011, 23:54


Ən ilk yanvarda gəlmişdin.
Ən son martda getmişdin.Sonra apreldə gəlmişdin ki,gedirəm, amma qayıdacam.
Mayda da qayıtmışdın.. bir neçə baxışlıq..
Sonra getdin..
Hər dəfə gəldin ki,'gedirəm'.
Heç getmədin ki, qayıdasan.

Bilsəydim ki,gedirsən nə vaxtsa qayıtmaqçün..
Mən səni özüm aparardım o uzaqlara..
Mən də bir gün uzaqlar daha yaxın olacaq deyə elə bu şəhərdən gedib qayıdardım.
Sonda bilərdim ki,qayıdacaqsan. Amma yenə gedəcəksən.
Bu dəfə isə çantan bir yox,iki olacaq. Əllərində isə daha incə əllərim olacaq.
Bu dəfə bir yerdə gedəcəyik, heç kim ağlamayacaq, heç kim qalmayacaq və getməyəcək, nə gəlmək olacaq, nə də getmək..
Sadəcə biz olacayıq, birdəki qaçdığımız uzaqlar.
Çantama da sənin gəlişlərini və gedişlərini doldurardım.
Boş qalmasın tərk etdiyin uzaqlar.

Mənə göz yaşı borcu olan bu şəhərə hər gün uzaqlardan məktub yazardım.
Məktub sevgi dolu olardı,bir az da islaq olardı,sevinclərimlə isladardım onu.
Mmm.. Çox da uzun olmazdı, bir neçə cümlə..
Sonda isə hər dəfə məktubu bu cümlə ilə bitirərdim..
''Mən bir gün xoşbəxt oldum..''



Bölmələr: Maraqlı | Müəllif: shamsi_84
Baxılıb: 648 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Saytda Axtar

FroQ.Tk Redesigned by Şəmsi Əliyev © 2024