Çat |
! |
|
|
Bios Haqqında
| 30.06.2011, 01:33 |
BIOS haqqında
Kompüterinizdə
hansı əməliyyat sistemi yüklənmiş olursa olsun, arxa planda işləməkdə
olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri
istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi-BIOS adlanır.
BIOS-a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan
problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır.BIOS-un
açılışı Basic Input / Output System, yəni Əsas Giriş/ Çıxış
Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib
işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyaları
baxımından fərqlənir.BIOS sisteminizin ayrılmaz bir parçasıdır,
sisteminizi bağlasanız da, diskinizi formatlasanız da BIOS silinmir.
Bunun səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oxuna
bilən bir ROM yaddaş qurğusunda qeydli olmasıdır.BIOS proqramı,
digər proqramlarınızdan fərqli olaraq istəsəniz imtina edə biləcəyiniz
bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir
hissəsidir. Əlavə olaraq BIOS tam olaraq sisteminizə görə nizamlanmış
bir proqramdır, bu səbəblə də hər ana platanın BIOS-u özünə məxsusdur.Ən
yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə əslində çox köhnə
proqramlardır. BIOS-un nüvə funksiyaları 1981-ci ildə çıxan IBM PC-yə
əsaslanır və bu funksiyalar sisteminiz nə qədər yeni olursa olsun
dəyişmir.BIOS-un təyinatı
BIOS-un
böyük hissəsi, sisteminizi qoşduqda işləyir, vəzifəsini tamamlayır və
əməliyyat sisteminiz fəaliyyətə keçdikdə BIOS kənara çəkilir. Buna
baxmayaraq vəzifəsi bitmiş sayılmır, çünki sistemin dərinliyindəki bəzi
funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un
məsuliyyətindədir. Sisteminizdə bir problem olmadıqda, ya da yeni
taxdığınız bir təchizat, başqa bir təchizat ilə üst-üstə düşmədikcə BIOS
arxa planda işləməkdədir.İlk dəfə hazırlandıqda BIOS-un 4 funksiyası var idi: 1.Sistem
açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək bir səhv olub
olmadığını təsbit etmək (Power On Self Test - POST)2.Sistem işlədikdən sonra RAM yaddaşı davamlı olaraq təzələmək3.Sistem
açıldığında bəzi kiçik RAM bloklarına sisteminiz haqqında məlumatlar
yazmaq. Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki təchizatlar
haqqında məlumat sahibi olmamasıdır, məsələn bir proqramın, yaddaşdakı
müəyyən bir sahəyə baxaraq neçə GBlik bir disk istifadə etdiyinizi və
neçə diskinizin olduğunu anlaya bilməsi üçün. Bu bloklara BIOS Data Area
deyilir.4.Proqramlarınızın aparat hissəsi ilə əlaqələndirilməsini təmin etməkİndiki
vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi
üzərlərinə götürürlər. BIOS hələ də var və əsas əməliyyatlar üçün
lazımlıdır, amma əməliyyat sistemləri çoxu BIOS parametrini də keçə
bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, sistemə taxılı
disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən diskin
yerində olduğunu görəcəksiniz.BIOS-un ilk funksiyası, sistemin
açılmasını təmin etməkdir. Əgər prosessorunuza nə edəcəyini
söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS,
prosessorunuza ilk əsas əmrləri verərək, sistemin açılışını başladır.
POST əməliyyatı tamamlandıqdan sonra da idarəni digər proqramlara verir.
Bu sayədə PC-lərimizin universal olması təmin edilir, yəni əməliyyat
sisteminə aid xüsusi BIOS-a ehtiyac duyulmur. BIOS işini qurtardıqdan
sonra əməliyyat sistemi fəaliyyətə keçir.BIOS-a Daxilolma
BIOS-a
daxil olmanın ən məşhur yolu, sisteminiz açılarkən DEL düyməsinə
basmaqdır. Bəzi ana platalarda Setup ekranına çatmaq üçün DEL düyməsi
yerinə ESC, F1 ya da F2 düymələrinə də basıla bilər, amma ən məşhur üsul
DEL düyməsinə basmaqdır. Açılış zamanı BIOS, sisteminizdə olan
təchizat komponentlərinə nəzarət edərkən, istifadə edilə bilən yaddaşı
sayarkən və sabit diskləri (digər yaddaş cihazlarını da) taparkən
klaviaturanızda olan xüsusi bir düyməyə basaraq BIOS nizam səhifəsinə
girə bilərsiniz. Ümumiyyətlə bu əməliyyat [Del] düyməsinə basaraq edilir
ancaq [F2] kimi digər düymələr də ola bilər. Əgər bütün üsulları
sınayıb yenə də müvəffəqiyyətli ola bilmədinizsə kompüterinizin və ya
ana platanızın istifadə etmə bələdçisinə baxa bilərsiniz. Kompüter
açılmağa başladığı anda bu düyməyə bir ya da iki saniyə basmanız kafi
olacaq. Hər şey olması lazım olduğu kimi işləsə BIOS yaddaş miqdarını
saymağı bitirəcək və ana BIOS menyusunu açacaq. Əgər gözlənilən ekran
gəlmədisə kompüterinizi yenidən işə salıb fərqli bir düyməni yoxlaya
bilərsiniz. Məsələn, əksər kompüterlər [F1] və ya [Esc] düyməsini
istifadə edir. Bəzən də [F2], [F10] və ya [Alt+F1] düymələrini sınamaq
lazım gəlir.BIOS Nizamlarını Dəyişdirmək
BIOS-un
istifadəçini ən çox maraqlandıracaq qismi, əslində BIOS-un bir
funksiyası kimi düşünülməmiş olan System Setup, yəni Sistem Nizamları
qismidir. Bir çox ekrandan ibarət olan bu nizam sistemində, sisteminizin
bir çox hissəsi ilə əlaqə yarada bilər, prosessor və yaddaş sürətindən,
modeminizin istifadə etdiyi IRQ-yə qədər hər detala müdaxilə edə
bilərsiniz.BIOS proqramı: Variantlar arasında gəzmək üçün ox
düymələrini istifadə edin, istədiyiniz menyuya girmək üçün Giriş (Enter)
düyməsini basın. BIOS menyusundakı bir varianta çatmaq üçün ox
düymələriylə istədiyiniz başlığı seçili hala gətirin. Giriş (Enter)
düyməsinə basdığınızda bir alt menyu qarşınıza gəlir. Seçdiyiniz nizamla
əlaqədar seçkini dəyişdirmək üçün müsbət [+] və ya mənfi [-]
düymələrini istifadə edə bilərsiniz, [Page Up] və [Page Down] düymələri
də eyni işi görəcəklər. Ana menyu ekranından alt menyulara çata bilmək
üçün bu üsulu istifadə edə bilərsiniz, bəzi alt menyuların da altında
özlərinə aid alt menyular ola bilər, istədiyinizi nizama çatmaq üçün
getdiyi yerə qədər getməlisiniz.Alt Menyuları açmaq: Çox variant [+]
və ya [-] düymələrinə basılaraq dəyişdirilə bilər. Bəzi nizamlarda isə
menyu içində gəzişərək variantlar arasında seçki etmək lazım ola bilər.BIOS səhv siqnalları
Fasiləsiz Səs - Güc qaynağı xətası,Bir çox qısa bip - Ana plata xətası,1 uzun - Yaddaş təzələnilməsində səhv,1 uzun 1 qısa - Ana plata və ya BIOS çipi xətası,1 uzun 2 qısa - Ekran kartı səhvi, (əsasən köhnə kartlardakı DIP switch əsaslıdır)1 uzun 3 qısa - Ekran kartı səhvi,2 uzun 1 qısa - Ekran kartı səhvi, (RAMDAC əsaslı)2 qısa - Yaddaş parity səhvi,3 qısa - Yaddaşın ilk 64kb-lıq hissəsində səhv,4 qısa - Timer səhvi,5 qısa - Prosessor səhvi,6 qısa - Klaviatura prosessoru səhvi,7 qısa - Prosessor səhvi,8 qısa - Ekran kartı yaddaşında oxuma/yazma səhvi,9 qısa - BIOS ROM səhvi,10 qısa - CMOS oxuma/yazma səhvi,11 qısa - Tampon Yaddaş Səhvi.BİOS Nizamları
Menyu başlıqları ana platanızın markasına görə dəyişə bilər amma ümumiyyətlə eynidirlər.CMOS Setup Utility ADVANCED BIOS FEATURESADVANCED CHIPSET FEATURESINTEGRATED PERIPHERALSPOWER MANAGEMENT SETUPPNP/PCI CONFIGURATİONSPC HEALTH STATUS/HARDWARE MONITORLOAD FAIL SAFE DEFAULTS LOAD OPTIMIZED DEFAULTS SET SUPERVISOR & USER PASSWORDSAVE AND EXIT SETUP EXIT WHITOUT SAVINGCMOS:
BIOS məlumatlarını saxlayan yarı keçiriciyə verilən addır.
(Complementary Metal Oxide Semiconductor). BIOS Setupu ilk açdığızda
ekrana gələn menyuya da CMOS Setup adı verilir. OK düymələri ilə
buradakı seçimlərdən birinin üzərinə gəlib enter düyməsinə basdığınızda
ya alt menyulara keçilir, ya da bu seçimlər onsuz da öz başına bir
əmrdir; bu əmr yerinə yetirilir. BIOS Setupun bütün pəncərələrində
olduğu kimi bu pəncərədən də Esc düyməsinə basılaraq çıxa bilər və ya
F10 düyməsinə basaraq etdiyiniz dəyişiklikləri yazaraq çıxa bilərsiniz.Standart CMOS Setup
Əsas
Menyudan bu bölməyə girdiyinizdə, əsas sistem nizamları və sistem saatı
ilə əlaqədar seçimlərlə qarçılaşacaqsınız. Bunların funksiyaları
aşağıda təqdim edilmişdir.Date/Time : Sistem saatını və tarixini buradan nizamlaya bilərsiniz. Sərt
Disklər : BIOS və ana platalar 4 IDE driver-e (sərt disk və ya CD-ROM)
dəstəkləyir. IDE disketlərinizin nizamlarını "Hard Disks" adlı bu
bölmədə görə bilərsiniz. Disk Driver-lər : Bu bölmədən disket
driver-inizin tipini seçəcəksiniz. Bir disket driver-iniz varsa bunu
1.44M, 3.5 olaraq seçə bilərsiniz. Digər disket driver-i (Drive B) isə
"Not Installed" (Qurulmamış) olaraq buraxılır. Halt-On : POST, yəni
BIOS-un həyata keçirdiyi təchizat testləri əsnasında bir təchizat səhvi
ilə qarşılaşılsa sistem dayanır. Halt-On seçimi ilə bəzi səhvlərin
diqqətə alınmamasını, POST əməliyyatının davam edərək sistemin
açılmasını söyləyə bilərsiniz. Bu seçimlər aşağıdakı kimidir:• No errors POST heç bir səhvdə dayanmır.• All errors BIOS bir səhv təsbit etdiyində dayanır və sizə bu səhvi düzəltməyiniz üçün xəbərdarlıq edir.• All, But Keyboard POST klaviatura səhvləri xaricindəki səhvlərdə dayanır.• All, But Disketdə POST disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.• All, But disk/Key POST klaviatura və disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.Yaddaş
Məlumatları : Bu sahədəki məlumatlarda dəyişiklik edə bilməzsiniz.
Burada ənənəvi (base), genişləndirilmiş (extended) və digər yaddaş
tutumları haqqında məlumat iştirak edir.BIOS Features Setup
CPU
Internal Core Speed : Bəzi ana platalarda istifadəçinin sürəti görünür.
(233MHz, 300MHz kimi). Yeni Abit, Chaintech kimi ana platalarda bu bir
seçim olaraq verilmişdir və prosessor sürətini BIOS proqramından
nizamlamanıza icazə verir. Virus Warning : Bu seçim Boot virusları üçün gözəl vasitədir. CPU
Internal Cache : Çox istifadə edilən bəzi məlumatlar müəyyən müddətlik
sürətli operativ yaddaşda tutula bilər. Beləliklə, bəzi əməliyyatlar
daha sürətli həyata keçirilir.BIOS Update : BIOS yeniləmə modulunun prosessora lazımlı məlumatları çatdırmasını təmin edir. Enabled mövqeyində olmalıdır.Quick Power On Self Test : POST əməliyyatının 4 dəfə yerinə (bəzi PClərdə 3 dəfə) bir dəfə edilməsini təmin edir. Boot Sequence : PC-niz açıldıqda BIOS-un əməliyyat sistemi üçün öncə hansı driver-ə baxması lazım olduğunu bildirir. Gate A20 Option : Bu seçim, sistemin 1 MB-dan çox genişlənmiş yaddaşı (extended memory) necə istifadə edəcəyi ilə əlaqədardır.Security Option : Sisteminizə və BIOS Setupdakı nizamlara başqalarının girə bilməməsi üçün BIOS Setupdan şifrə qoya bilərsiniz .CHIPSET Features Setup
Ana
platanın chipseti ilə əlaqədar nizamlar bu hissədə olur. Çox ana
platada olan chipset və yaddaş nizamları ilə əlaqədar seçimləri bu
bölmədə izah edəcəyik. EDO Avto Configuration : EDO RAM ilə əlaqədar texniki məlumatlar saxlayan nizamları olduğu kimi buraxmanız məsləhətdir. SDRAM
Configuration : Sisteminizdə SDRAM tipində yaddaş istifadə edirsinizsə
yaddaşlarınızın sürətini burada təyin edə bilərsiniz. 8/16 Bit I/O Recovery Time : 8 və 16 bitlik ISA kartlar üçün zamanlama. CPU Warning Temperature : Prosessor istiliyi neçə dərəcəyə gəldikdə sistemin siqnal verəcəyini təyin edir.POWER Management Setup
Bu bölmədə sisteminizin enerji istifadəsini azaltmaq üçün nizamlar var.Power
Management : Nizamı "Max Saving"-ə gətirsəniz sistem qısa bir vaxt
istifadə edilmədən dayansa enerji qənaət rejiminə keçəcək. "Min
Saving"də də eyni əməliyyat olur amma bu dəfə sistem enerji qənaət
rejiminə daha uzun müddətdə keçir. Video Off Option : Bu seçim monitorun nə vaxt enerji qoruyucusunun qənaət edə biləcəyini göstərir. Video Off Method : Monitorun nə şəkildə asqıya alınacağını təyin edir. PM
Timers : Bu bölmədə diski enerji qənaət rejiminə keçirən "HDD Power
Down" vaxtı, və sistemin Yuxu, Gözlətmə və Təxirə salma (Doze, Standby,
Suspend) rejimlərinə keçmələri üçün lazımlı vaxtlar nizamlana bilər. Power Up Control : Sistemin nə vaxt avtomatik açılacağı təyin olunur. Automatic Power Up : Sisteminizin günün təyin etdiyiniz saatlarında avtomatik olaraq açılmasını təmin edir.PNP/PCI Setup
Bu
pəncərədə BIOS-u istifadə etmək yerinə PCI məlumatları nizamlayaraq
Qoş-İşlət (PnP) əməliyyat sistemlərindən faydalanmaq üçün lazımlı
seçimlər olur. Nizamların qarşısında "Yes" seçilmişsə əməliyyat sistemi
cihazla əlaqədar kəsmələri özü nizamlayır.Resources Controlled By :
Qoş-İşlət funksiyasını dəstəkləyən BIOS-lar bütün boot əməliyyatlarını
və Qoş-İşlət cihazları idarə edə bilər.Load BIOS Defaults
BIOS nizamları ilə əlaqədar hər hansı ciddi bir problem ilə qarşılaşdığınızda istifadə edilir.Load Setup Defaults
Bu BIOS-un zavod nizamlarını yükləyir.Supervisor/User Password
Supervisor Password, həm BIOS Setup-a həm də sistemə şifrə qoyur. HDD
Low Level Format : Bəzi BIOS-larda olan bu seçim sabit diski aşağı
səviyyəli format edir. Çox təkrarlanması diski poza bilər.Save & Exit Setup
BIOS
Setupda etdiyiniz dəyişikliklərin heç biri BIOS-a yazılmadan dövrəyə
girmir. Bu seçimə 'Enter' vurub Y düyməsinə basaraq etdiklərinizi
yazacaq və təkrar sistem açılışına geri dönəcəksiniz. Etdiyiniz
dəyişiklikləri yazmadan əvvəl bir səhv etmədiyinizdən əmin olun.Exit Without Saving
Etdiyiniz
dəyişiklikləri yadda saxlamadan, yəni bu dəyişiklikləri fəaliyyətə
keçirtmədən BIOS Setupdan çıxmaq üçün bu seçimin üzerinə gəlib Enter
düyməsini basın.
|
Bölmələr: Dərslər | Müəllif: shamsi_84
|
Baxılıb: 887 | Yüklənib: 0
| Reytinq: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
Saytda Axtar |
|
|
|
|