İnformatika-11
11-ci sinif buraxılış sinfi olduğundan tədris olunan mövzuların
şagirdlər üçün gələcək həyatlarında lazımlılığı nəzərə alınmalıdır. Bu
baxımdan dərslikdəki mövzular məktəbi bitirdikdən sonra şagirdlərə tələb
olunan bacarıq və vərdişlərin formalaşmasına xidmərt edir. Texnologiya
və cəmiyyət, Şəbəkə texnologiyaları, Model və modelləşdirmə, Kompyuter
qrafikası, Layihələrin hazırlanması və İnternetdə axtarış fəsilləri
yalnız İKT bacarıqlarının reallaşması kontekstində tədris olunur.