Çat |
! |
|
|
Dilmanc 2.5 beta
| 27.06.2011, 23:51 |
Açıqlama:
Dilmanc Azərbaycanda ilk maşın tərcüməsi sistemidir. Dilmanc
Azərbaycanca-İngiliscə, İngiliscə-Azərbaycanca və Türkcə-Azərbaycanca
istiqaməti üzrə tərcümə edə bilir.
Dilmanc
maşın tərcüməsi sisteminin köməyilə siz böyük mətnləri tərcümə edə
bilərsiniz. Dilmanc maşın tərcüməsi sistemi vasitəsilə alınmış
tərcümənin və ya ayrı-ayrı sözlərin düzgün tələffüzünü səsləndirə
bilərsiniz. Dilmancın yaranması ilə Azərbaycan dilinin formal
qrammatikası yaradılmış və onun əsasında ilkin dildə formal morfoloji,
sintaktik və semantik analiz, ingilis dilində cümlənin sintezi
alqoritmlərini işlənib hazırlanmışdır. Dilmancın bazalarında 250 000-dən
artıq ümumişlək söz-forma və söz birləşmələri toplanmışdır...
Versiya: 2.5 beta (Yeni) Yeniləndi: 15.11.2008 Ölçüsü: 6,72 MB Minimal sistem tələbləri: 128 MB RAM, diskdə 25 MB yer, Windows NT/2000/XP/Vista
Tövsiyələr
• Tərcümə olunan cümlə dilin qrammatik və orfoqrafik qaydalarına ciddi əməl olunmaqla yazılmalıdır.
•
Çox uzun və mürəkkəblikləri olan cümlələri, tərcüməsi anlaşıqsız olan
böyük cümlələri bir neçə sadə cümlə şəkilində verib yenidən tərcümə
etmək.
• Tərcümə oluna bilməyən sözün orfoqrafik düzgün yazıldığı yoxlanılmalıdır.
•
Ara sözlər (modal sözlər) cümlənin əvvəlində gəldikdə onlardan sonra,
cümlənin ortasında gəldikdə onların hər iki tərəfində və cümlənin
sonunda gəldikdə onlardan əvvəl vergül qoyulmalıdır. Ara cümlələr
mötərizə içərisində yazılmalıdır.
• Tərcümədən sonrakı mətnin Word-də spelling vasitəsilə yoxlanması məsləhət görülür.
• Dırnaq içərisindəki frazanın tərcüməsi qaneedici olmadıqda onu ayrıca götürüb tərcümə etmək və sonra yerinə qoymaq lazımdır.
•
Tabesiz və ya tabeli mürəkkəb cümlənin tərcüməsi qaneedici olmadıqda,
onu ayrı-ayrılıqda sadə cümlələr şəklində tərcümə etmək məsləhət
görülür.
Azərbaycan-ingilis istiqaməti üçün tövsiyələr
• Azərbaycan dilində olan mətn Unicode şriftlərində olmalıdır.
•
Azərbaycan dilindən ingilis dilinə tərcümə olunan cümlə Azərbaycan
dilinin qrammatik və orfoqrafik qaydalarına ciddi əməl olunmaqla
yazılmalıdır.
• Həmcins üzvlərin şəkilçiləri ixtisar
olunmamalıdır. Məsələn, "İclasda nazirlik, komitə və idarələrin
rəhbərləri iştirak edirdi” əvəzinə "İclasda nazirliklərin, komitələrin
və idarələrin rəhbərləri iştirak edirdi” kimi yazmaq tovsiyə olunur.
•
"Mənim”, "sənin”, "onun”, "bizim”, "sizin”, "onların” – yiyəlik halında
olan şəxs əvəzliklərinin ixtisar olunmaması tovsiyə olunur :
"voleybolçu qızlarımız” əvəzinə "bizim voleybolçu qızlarımız”. Müvafiq
şəxs şəkilçiləri də ixtisar edilməməlidir: "bizim maşın” əvəzinə "bizim
maşınımız”, "sizin maşın” əvəzinə "sizin maşınınız”.
• Çox uzun
və mürəkkəblikləri olan cümlələri, tərcüməsi anlaşıqsız olan böyük
cümlələri bir neçə sadə cümlə şəkilində verib yenidən tərcümə etmək.
•
İnisiallardan sonrakı nöqtədən sonra probel qoyulmur. Vergüldən sonra
probel, cümlənin sonunda nöqtə (nida, sual) hökmən qoyulur.
• Tərcümə oluna bilməyən sözün orfoqrafik düzgün yazıldığı yoxlanılmalıdır.
•
İki söz defislə yazılırsa, məsələn, "gecə-gündüz”, defis sözlərə
bitişik yazılır. Cümlənin izahedici hissəsi tire ilə ayrıldıqda tirenin
hər iki tərəfindən boşluq (probel) qoyulmalıdır (məsələn, " Binanın hər
iki tərəfi – solu da, sağı da gül-çiçəklə bəzədilmişdi” ).
•
Cümlədə xüsusi adların (insan adlarının, soyadlarının) yazılması
məsləhət görülmür. Əgər belə adlar yazılırsa, onda adın əsasından sonra
mütləq "\” işarəsi qoyulmalıdır (məsələn, "Azad\”, "Məmmədov\unkudur” və
s.). Bundan əlavə, əgər şəxs adı bir neçə sözdən ibarətdirsə (məsələn,
ad, ata adı və soyadı), bunlardan birini açıq yazmaq, digərlərini isə
inisial şəklində yazmaq daha dəqiq tərcümə almağa imkan verir. Məsələn,
"Mirzə Ələkbər Sabir” əvəzinə "M.Ə.Sabir”.
• - ma, mə
şəkilçiləri ilə bitən feli isimlər – məsdər formasında yazılmalıdır:
Məsələn, "oxuma” əvəzinə "oxumaq”, "sökmə” əvəzinə "sökmək” və s. (1."
Mən vuruşmadan imtina edirəm ”. 2.” Düşmən vuruşmadan təslim oldu ”.
1-ci cümlədə " vuruşma ” əvəzinə " vuruşmaq ” yazmaq məsləhət görülür).
•
Ara sözlər (modal sözlər) cümlənin əvvəlində gəldikdə onlardan sonra,
cümlənin ortasında gəldikdə onların hər iki tərəfində və cümlənin
sonunda gəldikdə onlardan əvvəl vergül qoyulmalıdır. Ara cümlələr
mötərizə içərisində yazılmalıdır.
• Tərcümədən sonrakı mətnin Word-də spelling vasitəsilə yoxlanması məsləhət görülür.
• Dırnaq içərisindəki frazanın tərcüməsi qaneedici olmadıqda onu ayrıca götürüb tərcümə etmək və sonra yerinə qoymaq lazımdır.
•
Tabesiz və ya tabeli mürəkkəb cümlənin tərcüməsi qaneedici olmadıqda,
onu ayrı-ayrılıqda sadə cümlələr şəklində tərcümə etmək məsləhət
görülür.
• Pauza hesabına məzmunu aydınlaşan və adətən daxilində
feli sifət, feli bağlama və məsdər tərkibləri olan cümlələrdə söz
sırasına fikir verilməlidir. Məsələn, " Məktəbdə birinci yer tutan
şagirdlərlə görüş keçirildi ” cümləsində görüşün məktəbdə
keçirilməsindən söhbət gedirsə, yəni "məktəbdə” sözü "tutan” feli
sifətinə deyil "keçirildi” felinə aiddirsə, "məktəbdə” sözü "tutan”
sözündən sonra müvafiq yerdə yazılmalıdır. (" Birinci yer tutan
şagirdlərlə məktəbdə görüş keçirildi ”).
• Eyni xəbərləri
ixtisar etmək olmaz. Misal üçün, "İndi burada gül gülü, bülbül bülbülü
çağırır" cümləsi "İndi burada gül gülü çağırır, bülbül bülbülü çağırır"
şəklində yazılmalıdır.
|
Bölmələr: Azəri Proqramları | Müəllif: shamsi_84
|
Baxılıb: 1274 | Yüklənib: 0
| Şərhlər: 1
| Reytinq: 5.0/2 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
Saytda Axtar |
|
|
|
|